Almaniyadakı güney azərbaycanlılar Ermənistanın növbəti ekoloji təxribatına etiraz edib

Almaniyadakı güney azərbaycanlılar Ermənistanın növbəti ekoloji təxribatına etiraz edib   <a href="https://twitter.
REKLAM ALANI
Almaniyadakı güney azərbaycanlılar Ermənistanın növbəti ekoloji təxribatına etiraz edib
Yayın: 05 Temmuz 2023 GÜNDEM Google News

Almaniyadakı güney azərbaycanlılar Ermənistanın növbəti ekoloji təxribatına etiraz edib

 

 

 

 

, 2023

 

 

 

Almaniyadakı güney azərbaycanlılar Ermənistanın növbəti ekoloji təxribatına etiraz edib

 

 

 

 

Almaniyada fəaliyyət göstərən İşıq Yol Cəmiyyəti Azərbaycanla sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımı hiddətlə pisləyib.

 

 

 

 

Güneyli milli fəal, yazar və naşir Şərifə Cəfərinin rəhbərlik etdiyi cəmiyyətin adından ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi güneyli soydaşlarımızda dərin narahatlıq hissi doğurub.

 

 

 

 

Bu xoşagəlməz olay Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Həmin müddəalara əsasən, Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmasının zəruri olduğuna diqqət cəlb edilib.

 

 

 

 

 

Ermənistanın beynəlxalq və ekoloji hüquq normalarını mütəmadi olaraq pozduğu bir daha nəzərə çatdırılıb. Bir müddət əvvəl Azərbaycan tərəfinin Metsamor Atom Elektrik Stansiyası ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Ermənistanın Espo Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, qonşu ölkənin iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərdiyi kimi faktlar yada salınıb.

 

 

 

 

 

İşıq Yol Cəmiyyəti beynəlxalq təşkilatları öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə törədən Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyadaki-guney-azerbaycanlilar-ermenistanin-novbeti-ekoloji-texribatina-etiraz-edib-3181

Son Güncelleme: 05 Temmuz 2023