İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.
REKLAM ALANI
İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yayın: 07 Ağustos 2022 DÜNYA Google News

İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

Səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək, Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxundu. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olmuşdur. İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladı.

Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı, onun Azərbaycana səfərini ehtiramla xatırladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirdi.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56858

Son Güncelleme: 07 Ağustos 2022