Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qafqazın inkişafı sülhün bərqərar olmasından keçir”, Özel

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qafqazın inkişafı sülhün bərqərar olmasından keçir”, Özel Məşhur Məmmədov Milli Məclisin deputatı Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var.
REKLAM ALANI
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qafqazın inkişafı sülhün bərqərar olmasından keçir”, Özel
Yayın: 07 Mayıs 2023 GÜNDEM Google News

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qafqazın inkişafı sülhün bərqərar olmasından keçir”, Özel

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var.

Ona görə də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi mühüm hadisədir. Hazırda bütün qüvvələr səfərbər edilib, Şuşa yenidən qurulur.

Ötən il cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla “Şuşa İli” elan edilmişdir. Bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olub. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında qalsa da, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdı.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq, həmişə işğal altında olacağıq.
Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim qürurumuzun nümayişidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir.

Vətən müharibəsində qələbəmizin simvoluna çevrilən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib.

Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.

Azərbaycan təkcə Türkiyə ilə yox, Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.

Xoş təsadüfdür ki, Şuşa İlinin arxasıyca cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlər nəzərə alınaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq cəsarətlə ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyəti ilə sübut edib. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə ölkə rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qonşu dövlətlərlə normal münasibətə, iqtisadi əlaqələrə önəm vermişdir. Uzaqgörən, müdrik suyasətçimiz çox yaxşı bilirdi ki, xarici investorların ölkəyə cəzbi üçün əsas meyar sabitlikdir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə qonşu dövlət Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Onlar sovet dönəmində də Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu. Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Ölkələrimiz Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilər.

Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına ölkəmiz təxminən 140 milyon dollar ayırdı. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik.

Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etdiyi kimi, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. İstənilən ölkənin, xüsusilə qonşu ölkənin parçalanması, potensial təhlükə törədə bilər.

Ülker Piriyeva/ Azerbaycan

Son Güncelleme: 07 Mayıs 2023