Nazir Ceyhun Bayramovun Uqanda xarici işlər naziri Cece Odonqo ilə görüşünə dair mətbuat məlumatı

No:374/23, Nazir Ceyhun Bayramovun Uqanda xarici işlər naziri Cece Odonqo ilə görüşünə dair mətbuat məlumatı     On the sidelines of Ministerial Meeting of CoB of NAM, <a href="https://twitter.
REKLAM ALANI
Nazir Ceyhun Bayramovun Uqanda xarici işlər naziri Cece Odonqo ilə görüşünə dair mətbuat məlumatı
Yayın: 12 Temmuz 2023 DÜNYA Google News

No:374/23, Nazir Ceyhun Bayramovun Uqanda xarici işlər naziri Cece Odonqo ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo ilə görüşüb.

 

 

 

 

 

Görüşdə iki ölkə arasında arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, Uqanda tərəfinin Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb. Bu xüsusda, Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə troyka üzvü kimi yaxından dəstək göstəriləcəyini qeyd edib. QH-nın coğrafi baxımdan bir-birinə uzaq ölkələri vahid platformada birləşdirməsi baxımından əhəmiyyətini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi görüşlərin üzv ölkələr arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

 

 

 

Nazir Cece Odonqo, Azərbaycanın mürəkkəb bir dövrdə QH-ya sədrlik etməsinə baxmayaraq, Hərəkatın nüfuzunun artmasında göstərdiyi nümunəvi səylərə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, Azərbaycanın uğurlu sədrlik təcrübəsinin davam etdirilməsi üçün mövcud təcrübənin bölüşülməsinin vacibliyini qeyd edib.

 

 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Görüşdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uqanda Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no37423

Son Güncelleme: 12 Temmuz 2023