Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
REKLAM ALANI
Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
Yayın: 14 Şubat 2024 GÜNDEM Google News

 

 

 

Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

 

 

 

2024

 

 

 

Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

 

 

 

Qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti, dünya azərbaycanlılarının təşkilatlanması, Latın Amerikası ölkələrində, o cümlədən Meksikada yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası və Komitənin həyata keçiridiyi layihələr barədə məlumat verib.

 

 

 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mariya Viktoriya Romero Kabalyero Meksika ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açıb, Xaricdə yaşayan Meksikalılar İnstitutu ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə yaxın gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunmasının, eləcə də müvafiq dövlət qurumları arasında memorandum imzalanmasının önəmindən danışıb.

 

 

 

Görüşdə əməkdaşlıq perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşün sonun qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/meksikanin-azerbaycandaki-sefiri-dovlet-komitesinde-olub-4207

 

 

 

 

Son Güncelleme: 14 Şubat 2024