Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasına dair mətbuat məlumatı

    Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasına dair mətbuat məlumatı➡️<a href="https://t.
REKLAM ALANI
Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasına dair mətbuat məlumatı
Yayın: 28 Kasım 2023 DÜNYA Google News

 

 

No:676/23, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasına dair mətbuat məlumatı

 

 

 

23 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.

 

 

Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.

 

2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.

 

 

 

İclas zamanı, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no67623

 

 

 

 

Son Güncelleme: 28 Kasım 2023