Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və konsert keçirilib

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və konsert keçirilib 📌 <a href="https://t.
REKLAM ALANI
Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və konsert keçirilib
Yayın: 25 Mayıs 2023 DÜNYA Google News

 

 

 

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və konsert keçirilib
2023
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) 20 illiyi münasibətilə “Özbəkistan və Azərbaycan arasında inkişaf tarixi, yeni dövr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və konsert keçirilib
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin birgə dəstəyi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Konfransda Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını Özbəkistan Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Kurbanov salamlayıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov elmə, ədəbiyyata və mədəniyyətə böyük dəyər verən görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin və RAMMM-in yaradılmasının 20 illiyinin Özbəkistanın dahi şairi və mütəfəkkiri Əlişir Nəvainin adını daşıyan ali məktəbdə qeyd edilməsini mühüm tarixi hadisə adlandırıb. Heydər Əliyevin özbək xalqına hər zaman böyük məhəbbətlə yanaşdığı, qədirbilən qardaş xalqın da bu misilsiz münasibəti yüksək qiymətləndirdiyi və xalqımızın ulu öndərinin xatirəsinin Özbəkistanda böyük ehtiramla xatırlandığı bildirilib.

Müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsasının dövlət başçıları Heydər Əliyev və İslam Kərimov tərəfindən qoyulduğu, hazırda bu səmimi dostluq münasibətlərinin Azərbaycan və Özbəkistanın prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

RAMMM İdarə Heyətinin sədri Mobil Məmmədov diaspor təşkilatının 20 illik tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra Özbəkistan Yazıçılar Birliyinin üzvü, professor, ədəbiyyatşünas Bobohan Məhəmməd Şərif “Heydər Əliyev fenomeni”, AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri namizədi, dosent İlqar Niftəliyev “Heydər Əliyev və Azərbaycan SSR-in ərazi bütövlüyü məsələsi”, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şerməhəmmədova “Heydər Əliyev – özbək xalqının əbədi dostu”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, tarix elmləri doktoru, professor Erkin Nuriddinov “Qardaş xalqların əlaqələrinin möhkəmləndirilməsində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rolu”, Özbəkistanın əməkdar mədəniyyət işçisi, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Tohir Kahhorov “Azərbaycan dilindən özbək dilinə tərcümə olunmuş əsərlər və onların mənası” mövzularında məruzələrlə çıxış ediblər. Tədbir mövzular ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərkəzin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Özbəkistanın dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, Azərbaycan icmasının üzvləri, tələbə və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının ümummilli liderinin Türk Dünyası, o cümlədən Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib.

Komitə sədri Fuad Muradov ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən və Azərbaycan dövlətçilik tarixindəki rolundan söz açaraq, onun xaricdə yaşayan Azərbaycanlılara qarşı xüsusi diqqətinin olduğunu, Azərbaycan diasporunun məhz ulu öndərin hakimiyyəti dövründə formalaşdığını deyib, diaspor fəaliyyətinin dövlət səviyyəsində qurulmasında ulu öndərin böyük xidmətlərini qeyd edib. O, qardaş Özbəkistanda da çox sayda soydaşlarımızın yaşadığını və daim ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini söyləyib, onların Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsinə öz töhfələrini verməsinin vacibliyini vurğulayıb.

 

 

 

 

Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov bu ölkədə də Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən xüsusi Tədbirlər Planının təsdiq edildiyini qeyd edib.

Çıxışlardan sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi ilə hazırlanmış və Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestri ulu öndərə həsr edilmiş “Dostluq” adlı konsert proqramı ilə çıxış edib, azərbaycanlı bəstəkarların Azərbaycana və Heydər Əliyevə həsr edilmiş əsərləri, habelə xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, Özbəkistana səfəri çərçivəsində Komitə sədri Fuad Muradov paytaxt Daşkəndin Xalqlar Dostluğu meydanında Şaəhməd Şamahmudov ailəsinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, Özbəkistanda akkreditə olunmuş xarici ölkələrin media orqanlarına müsahibə verib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/daskendde-heyder-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-beynelxalq-konfrans-ve-konsert-kecirilib-2994

 

 

Son Güncelleme: 25 Mayıs 2023