Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib 2024     Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib📌 <a href="https://t.
REKLAM ALANI
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib
Yayın: 15 Mart 2024 KÜLTÜR SANAT Google News

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib
2024

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib
2024-cü ilin fəaliyyət planına həsr olunan geniştərkibli kollegiya iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasını açıq elan edən sədr Fuad Muradov komitənin və Azərbaycan diasporunun 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində xaricdəki Azərbaycan icmalarının fəaliyyəti barədə danışıb. Bildirilib ki, ötən il 69 ölkədə 200-dən çox müxtəlif xarakterli tədbir həyata keçirilib, Azərbaycan Evlərinin sayı 28-ə çatıb, diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, ana vətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diasporun fəaliyyətinə göstərdikləri diqqət və qayğının, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratdığı, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinin diaspor fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyi bir daha nəzərə çatdırılıb.

2024-cü ildə Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin əhatə dairəsinin genişləndirilməsinin, ölkəmizdə və xaricdə beynəlxalq miqyaslı tədbirlərin təşkilinin diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib.

Lobbiçilik fəaliyyətinin, beynəlxalq mediaya çıxış imkanlarının daha da gücləndirilməsi, diaspor üzvlərinin, xarici jurnalistlərin, tarixçilərin Qarabağa səfərlərinin davam etdirilməsi qeyd olunub, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirlərin diaspor arasında da təbliğ olunması xüsusi vurğulanıb.

İclasda Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, Məmməd Əmin Rəsulzadənin 140 və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.

Daha sonra Komitə Aparatının müvafiq şöbələrinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Qeyd olunub ki, ötən il komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar, forumlar keçirilib, onlarla kitab və jurnal nəşr olunub, sənədli filmlər hazırlanıb, disklər buraxılıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq hüquq müstəvisinə çıxarılması, dezinformasiyaların qarşısının alınması məqsədilə diaspor təşkilatlarının dünya ictimaiyyətinə yüzlərlə müraciət və bəyanat ünvanladığı bildirilib.

İclasda Komitə əməkdaşlarında antikorrupsiya davranış modelinin formalaşdırılması və məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə işləri müzakirə olunub. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə modelinin tətbiqi məqsədilə hazırlanmış təkliflər irəli sürülüb. Ötən ildə olduğu kimi cari ildə də, dövlət qulluqçularının karyera inkişaf planın tərtibinin, insan kapitalının inkişafı və insan potensialının artırılması sahəsində tədbirlərin hazırlanmasının və həyata keçirilməsinin, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsinin və dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Bildirilib ki, ötən il ərzində vətəndaşların qəbulu və onların müraciətləri hər zaman diqqət mərkəzində saxlanılıb. Komitənin səlahiyyətləri çərçivəsində onların müsbət həlli üçün mümkün və zəruri addımlar atılıb, qanunauyğun şəkildə və müddətdə cavablandırılması təmin edilib.

 

Kollegiya iclası 2024-cü ilin fəaliyyət planının müzakirəsi və ötən il dövlət başçısının sərəncamı ilə təltif olunan komitə əməkdaşlarına medalların təqdim olunması ilə yekunlaşıb.

 

 

 

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diasporla-is-uzre-dovlet-komitesinde-genisterkibli-kollegiya-iclasi-kecirilib-4387

 

 

Son Güncelleme: 15 Mart 2024