Osloda azərbaycanlı modelyer-dizaynerin ekspozisiyası təqdim edilib

  Osloda yerləşən “Deichman Bjorvika" Mədəniyyət Mərkəzində <a href="https://twitter.
REKLAM ALANI
Osloda azərbaycanlı modelyer-dizaynerin ekspozisiyası təqdim edilib
Yayın: 16 Ocak 2023 DÜNYA Google News

 

 

 

Osloda azərbaycanlı modelyer-dizaynerin ekspozisiyası təqdim edilib
16 yanvar, 2023
Osloda azərbaycanlı modelyer-dizaynerin ekspozisiyası təqdim edilib
Osloda yerləşən “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində azərbaycanlı modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyası nümayiş etdirilib.

Oslo Azərbaycan Evinin və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatorluğunun təşkil etdiyi sərgidə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sərgidə Qarabağ və Norveç ornamentləri ilə bəzənmiş əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.

Tədbirdə çıxış edən Gülnarə Xəlilova bildirib ki, ekspozisiyasının Norveçdə – görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim etməsindən məmnundur. Xatırladıb ki, ötən ilin mayında Oslo şəhərinin məşhur “Cosmopolite” konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən “Xarıbülbül və Qarabağ” ekspozisiyası nümayiş etdirilib.

Sərgi formatında təqdim olunan ekspozisiya, xüsusilə də Norveç ornamentli əl işləri şəhər sakinlərinin böyük marağına səbəb olub. Norveçlilər öz milli ornamentlərinin ipək üzərində işlənməsini rəğbətlə qarşılayıblar.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/osloda-azerbaycanli-modelyer-dizaynerin-ekspozisiyasi-teqdim-edilib-2183

 

 

Son Güncelleme: 16 Ocak 2023