Praqadakı icmamız BMT-ni erməni yalanlarına inanmamağa çağırıb

  <a href="https://twitter.
REKLAM ALANI
Praqadakı icmamız BMT-ni erməni yalanlarına inanmamağa çağırıb
Yayın: 22 Ağustos 2023 GÜNDEM Google News

 

 

 

 

Praqadakı icmamız BMT-ni erməni yalanlarına inanmamağa çağırıb

 

2023

 

 

 

 

Çexiyada fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Evi Cəmiyyəti ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı bəyanatla çıxış edib.

Praqadakı icmamız BMT-ni erməni yalanlarına inanmamağa çağırıb

 

 

 

Cəmiyyətin adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli çexiyalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

 

 

 

 

 

Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonrakı aktual problemlərin həllini tapmadığı diqqətə çatdırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalar nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğu və yaralandığı bildirilib. Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha yada salınıb.

 

 

 

 

“Natəvan” Azərbaycan Mədəniyyət Evi Cəmiyyəti bu kritik və önəmli mərhələdə BMT-nin Cevenrədəki nümayəndəliyini erməni yalanlarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/praqadaki-icmamiz-bmt-ni-ermeni-yalanlarina-inanmamaga-cagirib-3382

 

 

Son Güncelleme: 22 Ağustos 2023