Tur şəhərində keçirilən festivalda Azərbaycan dili təbliğ olunub

  Fransanın Tur (Tours) şəhərində keçirilən ənənəvi dillər festivalında Azərbaycan təmsil olunub.
REKLAM ALANI
Tur şəhərində keçirilən festivalda Azərbaycan dili təbliğ olunub
Yayın: 24 Kasım 2022 GÜNDEM Google News

 

 

 

Tur şəhərində keçirilən festivalda Azərbaycan dili təbliğ olunub

2022
Tur şəhərində keçirilən festivalda Azərbaycan dili təbliğ olunub

Fransanın Tur (Tours) şəhərində keçirilən ənənəvi dillər festivalında Azərbaycan təmsil olunub.

Fransada yaşayan soydaşımız Eşqi Camalovun təşəbbüsü ilə təşkil edilən Azərbaycan guşəsində doğma dilimizi, ölkəmizin rəmzlərini, coğrafiyasını, mədəniyyətini, ədəbiyyatını və mətbəxini əks etdirən kitablar, broşürlər, fotomateriallar, milli geyimlər, musiqi alətləri və şirniyyatlar təqdim edilib.

Festival çərşivəsində ziyarətçilərə “Azərbaycan dilinə giriş” fənni tədris olunub. Bu kursu keçən hər bir şəxsə sertifikat verilib. Dilimizi öyrənmək həvəsində olanlara növbəti ildə keçiriləcək kursda iştirak tövsiyə edilib.

Festival iştirakçılarına “Şərur Yallısı” nümayiş etdirilib. Bu rəqslə maraqlanan yerli sakinlərə yallının qaydaları göstərilib.

Qeyd edək ki, Tur şəhərində dillər festivalı ilk dəfə 1995-ci ildə təşkil edilib. Eşqi Cavalovun təşəbbüsü ilə ölkəmiz 2019-cu ildən etibarən bu festivalda iştirak edir. Festival çərçivəsində Azərbaycan dili kursları təşkil olunur.

 

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/tur-seherinde-kecirilen-festivalda-azerbaycan-dili-teblig-olunub-1993

 

 

Son Güncelleme: 24 Kasım 2022