Avstraliyalı millət vəkilləri ilə Azərbaycan icmasının əməkdaşlıq perspektivləri müzakirə edilib

  Avstraliyada fəaliyyət göstərən <a href="https://twitter.
REKLAM ALANI
Avstraliyalı millət vəkilləri ilə Azərbaycan icmasının əməkdaşlıq perspektivləri müzakirə edilib
Yayın: 09 Aralık 2022 KÜLTÜR SANAT Google News

 

 

 

Avstraliyalı millət vəkilləri ilə Azərbaycan icmasının əməkdaşlıq perspektivləri müzakirə edilib

Avstraliyalı millət vəkilləri ilə Azərbaycan icmasının əməkdaşlıq perspektivləri müzakirə edilib

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icmasının Yeni Cənub Uels (NSW) əyalət parlamentinin üzvləri ilə görüşü keçirilib.

Görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mikayıl Oyta, əyalət parlamentində Leyborist partiyasını təmsil edən millət vəkili, kiçik biznes, əmlak və multikulturalizm üzrə kölgə naziri Stiven Kamper, millət vəkili Marjori Spuner O’Nil və Yeni Cənub Uels əyalətinin Bondi Ticarət Palatasının prezidenti Emmanuel Konstantinou iştirak ediblər.

Görüş zamanı Azərbaycan icmasının fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsində sülhsevər və normallaşma münasibətlərinin bərqərar olması naminə ciddi səylər göstərdiyinə, dünyəvi, multikultural və tolerantlıq dəyərlərinə sadiq qaldığına, iki il öncə işğaldan azad etdiyi Qarabaq iqtisadi rayonunda bərpa-quruculuq işləri həyata keçirdiyinə diqqət cəlb edilib.

Növbəti ildə keçiriləcək parlament seçkilərində soydaşlarımızın fəal iştirakı və gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/avstraliyali-millet-vekilleri-ile-azerbaycan-icmasinin-emekdasliq-perspektivleri-muzakire-edilib-2038

 

 

Son Güncelleme: 09 Aralık 2022