Kişinyovdakı icmamız Türkiyə səfirliyinə başsağlığı verib

  Kişinyov şəhərində fəaliyyət göstərən “<a href="https://twitter.
REKLAM ALANI
Kişinyovdakı icmamız Türkiyə səfirliyinə başsağlığı verib
Yayın: 11 Şubat 2023 KÜLTÜR SANAT Google News

 

 

 

 

Kişinyovdakı icmamız Türkiyə səfirliyinə başsağlığı verib
, 2023
Kişinyovdakı icmamız Türkiyə səfirliyinə başsağlığı verib
Kişinyov şəhərində fəaliyyət göstərən “Moldova Azərbaycanlıları Konqresi” ictimai təşkilatının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Moldovadakı səfirliyini ziyarət edib.

Ziyarət zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə güllər düzülüb və zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Azərbaycanın Moldovadakı səfirliyinin birinci katibi İlqar Fərəcov və diaspor fəalları Türkiyənin Moldovadakı səfiri Mustafa Sertelə və xanımına başsağlığı verərək, bu kədərli anları bölüşdüklərini, qardaş ölkənin yanında olduqlarını, Türkiyə dövlətinin bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracağına ümid etdiklərini bildiriblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/kisinyovdaki-icmamiz-turkiye-sefirliyine-bassagligi-verib-2348

 

 

Son Güncelleme: 11 Şubat 2023