Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Minnesotadakı icmamız Burnsville Mədəniyyət Festivalında uğurla iştirak edib

Minnesotadakı icmamız Burnsville Mədəniyyət Festivalında uğurla iştirak edib
REKLAM ALANI
22.07.2023
A+
A-

 

 

 

Minnesotadakı icmamız Burnsville Mədəniyyət Festivalında uğurla iştirak edib

2023

Minnesotadakı icmamız Burnsville Mədəniyyət Festivalında uğurla iştirak edib

 

 

 

 

 

ABŞ-ın Minnesota ştatının Burnsville şəhərində keçirilmiş ənənəvi Mədəniyyət Festivalında Azərbaycan təmsil olunub.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə ənənəvi festivalda yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim və zəngin mədəni irsini, milli mətbəxini əks etdirən nümunələr, “Azerbaijani socks” brendinə məxsus əl işləri nümayiş etdirilib.

 

 

 

 

Festivalın gedişində Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnan hər zaman olduğu kimi, səhnəyə milli geyimdə və Azərbaycanın dövlət bayrağı ilə çıxıb. O, Azərbaycan və bayrağımız haqqında qısa məlumat verdikdən sonra üçrəngli dövlət rəmzimizi səhnədəki bayraqlar sırasına taxıb.

 

 

 

 

Günel Krişnan bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatı artıq 4-cü dəfədir ardıcıl olaraq mədəni müxtəlifliyin əsrarəngiz təcəssümünə çevrilmiş bu beynəlxalq festivalda iştirak edir və Azərbaycan mədəni irsini və adət-ənənələrini uğurla təbliğ edir.

Burnsville Mədəniyyət Festivalı çərçivəsində “Ames Center” sənət qalereyasında müxtəlif icmaların sənətkarlarının əl işlərini əks etdirən sərgi də təşkil olunub.

 

 

 

 

Sərgidəki Azərbaycan guşəsində milli atributlarımız, xalçalarımız, geyimlərimiz, “Azerbaijani socks” brendinin əl işləri, mədəni irsimizə məxsus digər nümunələr, eləcə də Minnesota-Azərbaycan Assosiasiyasının fəaliyyətindən bəhs edən fotomateriallar təqdim olunub.

 

 

 

 

 

Sərginin rəsmi açılış mərasimində iştirak edən Burnsville şəhər meri Elizabet Kautz Minnesota-Azərbaycan Assosiasiyasını şəxsən təqdim edib. Öz növbəsində Assosiasiyanın rəhbəri Günel Krişnan şəhər merinə və Burnsville Mədəniyyət Festivalının təşkilatçılarına Azərbaycan icmasına davamlı dəstəyə və yaradılmış imkanlara görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu sərgi iki ay davam edəcək.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/minnesotadaki-icmamiz-burnsville-medeniyyet-festivalinda-ugurla-istirak-edib-3261

 

 

REKLAM ALANI