Yekaterinburqda təmtəraqlı Novruz şənliyi təşkil edilib

  Rusiyanın Yekaterinburq şəhərində <a href="https://twitter.
REKLAM ALANI
Yekaterinburqda təmtəraqlı Novruz şənliyi təşkil edilib
Yayın: 31 Mart 2023 GÜNDEM Google News

 

 

 

Yekaterinburqda təmtəraqlı Novruz şənliyi təşkil edilib
, 2023
Yekaterinburqda təmtəraqlı Novruz şənliyi təşkil edilib
Rusiyanın Yekaterinburq şəhərində Novruz bayramına həsr olunmuş təmtəraqlı şənlik keçirilib.

Sverlovsk vilayəti üzrə “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Sverdlovskdakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli hakimiyyət orqanlarının rəsmiləri, şəhər dumasının deputatları, diplomatik korpusun təmsilçiləri və milli-ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik edib, xoş arzularını bildirib. Novruzun tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bu təddbirin keçirilməsində dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Sonra tədbirdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev və qanunvericilik məclisinin sədri Lyudmila Babuşkinanın adından Novruz bayramı münasibətilə təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən qonaqlar xalqımızı bayram münasibətilə təbrik ediblər və Azərbaycan dövlətinin ünvanına xoş sözlərini ifadə ediblər.

Tədbir bayram konserti ilə davam edib. Azərbaycanın xalq artistləri Gülyanaq Məmmədova və Samir Cəfərovun, eləcə də milli rəqs qruplarının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/yekaterinburqda-temteraqli-novruz-senliyi-teskil-edilib-2694

 

 

 

 

Son Güncelleme: 31 Mart 2023